Ermənistan ordusunda yezidilər "qalxan" kimi istifadə edilir - ETİRAZ

Ermənistan ordusunda yezidilər "qalxan" kimi istifadə edilir - ETİRAZ
SOSİAL
14:03 16.07.2020
1102
Etnik yezidi icmasının Ermənistan siyasi və hərbi rəhbərliyi tərəfindən qəsdən məhv etməyə çalışılması və buna etirazların olması tez-tez erməni gündəmini zəbt edən mövzulardan biridir.

Ermənistan ordusunun Tovuz istiqamətində təxribatlara əl atması fonunda Ermənistan daxilində etnik yezidi icmasının sıxışdırılması və qarşıdurmalar zamanı onların ön cəbhəyə göndərilməsi mövzusu yenidən erməni mediasında gündəmə gəlib.

Ordu.az xəbər verir ki, erməni KİV-lərində yayılan məlumatlara görə, yezidi icmasının üzvləri Tovuz istiqamətində gedən döyüşlərdə ön cəbhəyə göndərilir.

Ermənistan parlamentində "Mənim addımım" fraksiyasının deputatı Rustam Bakoyan yezidilərin cəbhəyə göndərilməsi ilə bağlı çağırış edib.

Bir çox məlumatlara görə, artıq yezidi ailələri övladlarını komissarlıqlara göndərməkdən imtina ediblər və bunun Ermənistan hökuməti tərəfindən yezidilərə qarşı növbəti təzyiq olduğunu bildiriblər.
OXŞAR XƏBƏRLƏR