Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi polis əməkdaşlarının həyata keçirdikləri geniş miqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq smartfon tipli telefonlardan istifadə edən hərbi xidmətin gündəlik həyatından fotolar internetdə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçular müəyyən edilərək saxlanılıblar.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hərbiçilərin məsuliyyətə cəlb olunduğunu deyib.
Nazirlikdən bildirilib ki, qadağaya tabe olmayan hərbiçilərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək.