Ermənistan ordusunun əsgəri asılmış vəziyyətdə aşkarlanıb.
Bu barədə AZXEBER.COM Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, əsgərin meyiti xidmət etdiyi hərbi hissədə aşkarlanıb. Onun intihar etdiyi bildirilir. Qeyd edilir ki, əsgər bu ilin əvvəllərində hərbi xidmətə çağırılıb.
Faktla bağlı araşdırımalara başlanılıb. Təhqiqatçılar hadisənin başvermə səbəbini araşdırırlar.