Ermənistan ordusunun polkovniki məhv edildi

SİYASƏT
10:50 30.10.2020
1057
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçi məhv edilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

OXŞAR XƏBƏRLƏR