Ermənistan parlamentində dava

Ermənistan parlamentində dava
DÜNYA
18:27 07.12.2021
406
Ermənistan parlamentində hakim "Vətəndaş razılaşması” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində "Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

Dava iştirakçıları bir-birini küçə sözləri ilə təhqir ediblər.

Müxalif "Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

Onun sözlərinə görə, hadisə parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib.
 
  • ///Report
OXŞAR XƏBƏRLƏR