Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək

Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək
DÜNYA
18:57 01.10.2022
282
Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 9-da Rusiyaya rəsmi səfər edəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Alen Simonyanı Moskvaya dəvət edib.

Üç gün davam edəcək səfər çərçivəsində V.Volodin A.Simonyana iki ölkənin parlamentləri arasında əməkdaşlığı müzakirə etməyi təklif edib.
OXŞAR XƏBƏRLƏR