Ermənistan prezidenti xəstəxanadan buraxıldı

Ermənistan prezidenti xəstəxanadan buraxıldı
DÜNYA
19:18 26.01.2021
764
Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanadan buraxılıb.

Bunu onun köməkçisi Asmik Petrosyan bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan hələ tam sağalmayıb: "O özünü yaxşı hiss edir, evdə həkimlərin müşayiəti altında müalicə olunacaq. Həkim lazımi icazəni verdikdən sonra Armen Sarkisyan Ermənistana qayıdacaq”.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Yanvarın 13-də dövlət başçısının vəziyyəti ağırlaşıb və onu hospitala yerləşdiriblər.
 
///Report
OXŞAR XƏBƏRLƏR