Ermənistan Qazaxın 7 kəndini boşaltmasa, o zaman Azərbaycan...

Ermənistan Qazaxın 7 kəndini boşaltmasa, o zaman Azərbaycan...
SİYASƏT
23:29 31.03.2022
11068
"Ermənistanın demək olar ki, əsas idarəetmə və qanunvericilik orqanlarının Azərbaycanı sülh müqaviləsi imzalamağa dəvət etməsi bir qədər şübhəli məqamlarla müşahidə olunur".

AZXEBER.COM xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, sülh sazişinin imzalanmasını Ermənistan süni olaraq ləngidir:

"Nədənsə il yarım ərzində Ermənistan tərəfi məhz bu müqavilənin imzalanmasına dair Azərbaycanın təkliflərindən bu və ya digər bəhanələrlə uzun müddətdir yayınmağa, bu zamanı uzatmağa çalışırdı. İndi isə növbəti dəfə Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın mövqelər əldə etməsi və orada möhkəmlənməsi Ermənistana çox ciddi bir siqnal oldu və onlar artıq anladılar ki, heç də rus sülhməramlısı Qarabağda söz sahibi deyil. Burada söz sahibi olan Azərbaycan Ordusudur və onlar da artıq üçtərəfli birgə bəyanatın şərtlərini məcbur olaraq Ermənistana həzm etdirməyə başlayıblar.  

Ermənistan tərəfindən sülh müqaviləsi üçün verilən təkliflər o zaman səmimi qəbul olunardı ki, heç olmasa Azərbaycan tərəfinin verdiyi 5 bəndlik təklif qəbul edilsin. Ermənistan tərəfi isə bunu qəbul etməklə bərabər, ora əlavələr etməsi, xüsusilə də Qarabağdakı 20-25 minlik erməni üçün "status" tələb etməsi işləri bir qədər cızığından çıxardı. Nəticə etibarilə atəşkəsin pozulmasına cavab olaraq Azərbaycanın atdığı addımlar artıq Ermənistanı daha dərindən düşünməyə vadar edir. Əgər Ermənistan öz təkliflərində həqiqətən də səmimidilərsə, o zaman işğal altında qalan Qazax rayonunun 7 kəndini boşaltsınlar. Onda biz anlayaraq ki, həqiqətən də Ermənistan sülh istəyir. 

Delimitasiya prosesini Ermənistan bu qədər uzadır. Sülh müqaviləsi üçün ilk öncə sərhədlərin təyin olunması lazımdır. Tərəflər bir-birinin sərhədlərini təyin etmədən bu sülh müqaviləsini necə imzalayacaqlar?! Çünki sülh müqaviləsinin birinci bəndi o olacaq ki, tərəflər əlavə edilmiş xəritələrə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu bəndin yazılması üçün, sülh sazişinin hər iki tərfədən qəbul edilməsi üçün sərhədlərin təyin olunmasından başlanılmalıdır, amma bu prosesi də Ermənistan süni olaraq ləngidir. Görünür Avropa qarşısında özünü sülhsevər göstərmək üçün belə bəyanatlar səsləndirirlər, amma Ermənistan tərəfinin başqa çıxış yolu da yoxdur. Bu təkliflər səslənməzsə təbii ki, Azərbaycan yumşaq güc üsulu ilə, daha dəqiq desək, səsgücləndiricilər vasitəsilə erməni silahlılarını ərazidən çıxamaqda davam edəcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar