Ermənistan rəhbərliyi başını itirib - FAKTLAR

Ermənistan rəhbərliyi başını itirib - FAKTLAR
SİYASƏT
22:33 04.11.2020
2207

Ermənistanın cəbhədə ard-arda uğursuzluğu yerli siyasi-hərbi hakimiyyətdə xaosun yaranmasına səbəb olub. Bunu gündəlik Ermənistan mətbuatında çıxan ictimai-siyasi proseslərə dair xəbərlərdən aşkar şəkildə görmək mümkündür.

Əvvəla onu bildirək ki, hakimiyyət daxilində bir-birinə zidd fikirlər səsləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin zəifliyi artıq həmin ölkənin prezidenti Aram Sarkisyanla sözlərinin üst-üstə düşməməsindən hiss olunur. Paşinyan dəfələrlə bildirib ki, Türkiyə münaqişədə onlara əngəl olan tərəfdir (halbuki Türkiyənin dəstəyi mənəvi və diplomatik dəstəkdən o tərəfə keçmir – S.M.). Ancaq Ermənistan prezidenti deyir ki, Moskva ilə Ankara arasında birgə əməkdaşlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Bu, Ermənistan hakimiyyətində vahid mövqenin olmadığı anlamına gəlir.

Digər bir-birinə zidd məqam isə odur ki, Ermənistanla separatçı respublikanın qondarma rəhbərliyinin fikirləri üst-üstə düşmür. Məsələn, rəsmi İrəvan mətbuat katibləri vasitəsilə məlumatları gizlətməyə çalışır. Separatçılar isə Azərbaycan Ordusunun artıq cəbhədə kifayət qədər irərilədiyini etiraf etməyə başlayıb.

Məntiqlə Ermənistandan Dağlıq Qarabağa cəbhəyə yardım üçün silah gətirilməlidir. Lakin Ermənistanda bu da tərsinə icra edilir. Belə ki, cəbhədən əsgərlər qaçır və həmin silahlarla Ermənistan ərazisində peyda olurlar. Bu isə Ermənistanda silahlı insanlarının sayının çoxalması deməkdir və heç kim zəmanət verə bilməz ki, bu insanlar yaxın gələcəkdə hər hansısa silahlı qiyamda iştirak etməyəcəklər.

Qarabağdakı quldur rejimin öz daxilində də xaos hökm sürür. Özünü "lider” adlandıran Araik Arutunyandan xəbər-ətər yoxdur, onun sağ olub-olmadığı bilinmir. Qondarma qurumun "müdafiə naziri” Cəlal Arutyunyan da onun kimi. Onun əvəzlənməsi artıq öldüyünü deməyə əsas verir. C.Artyunyanın müavini Artur Sarkisyanın isə məhv edilməsi dəqiqdir və bunu erməni tərəfi də etiraf edib. Çox sayda zabitlərin isə Qarabağdan qaçdığına dair faktlar mövcuddur.

Yaranmış xaosda erməni tərəfi yalnız saxta xəbərlər yaymaqla məşğuldur. Amma artıq bu proses də o qədər xaotik xarakter alıb ki, ermənilər özləri öz feykəri arasında çaş-baş qalıblar. Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan Qarabağda "sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını və hətta, artıq dindirildiyini də bəyan edib. Lakin bir az sonra üzr istəyərək xəbərin təsdiqlənmədiyini deyib.

Göründüyü kimi, Ermənistan tərəfi məğlubiyyətlər fonunda başını itirib. Növbəti günlərdə Ermənistan tərəfinin daha gülünc qərarlar verəcəyi gözlənilir. Səbirsizliklə gözləyək...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu