Ermənistan sabiq Baş prokuror Gevork Kostanyanın ekstradisiyası üçün Rusiyaya müraciət edəcək.
Bu barədə Baş prokuror Anna Vardapetyan parlamentdəki dinləmələrdə bildirib.
Onun sözlərinə görə, İrəvan həm də 1 mart 2008-ci il tarixli İş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın ekstradisiyasına nail olmaq niyyətindədir.
Adıçəkilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların saxtalaşdırılması və 1 mart hadisəsində istintaqın təhrif edilməsində ittiham olunurlar.
Ermənistan tərəfinin məlumatına görə, hər iki sabiq məmur Rusiyadadır, lakin Rusiya tərəfindən onların İrəvana verilməsi barədə hələlik razılıq yoxdur.
///apa










































