"Ermənilər də bu ərazilərdən istədikləri kimi istifadə edib, amma artıq zaman dəyişib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, sərhədlər də müvafiq sənədlərə istinad edərək bərba edilməlidir:
"Anti-terror əməliyyatları adətən ölkə daxilində müəyyən terrorçu qruplara qarşı aparılır. Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərin isə Ermənistan silahlı qüvvələrinin pozuculuq əməlləri ilə müşayiət olunduğu üçün burada yanaşma fərqlidir. Yalnız Vətənin müdafiəsini təşkil etmək, onu bütün vasitələrlə qorumaq bizim haqqımızdır və beynəlxalq hüquq da bizim tərəfimizdədir. 30 ilə yaxın bir müddətdə həmsərhəd rayonların - Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanın əraziləri Ermənistanın işğalı altında olduğu üçün burada sərhədlərin delimitasiya və demarkasiyası prosesi həyata keçirilməyib. Ermənilər də bu ərazilərdən istədikləri kimi istifadə ediblər. Artıq zaman dəyişib, Azərbaycan tarixi qələbəsini qazanıb. Təbii ki, sərhədlər də müvafiq sənədlərə istinad edərək bərba edilməlidir”.
Deputat qeyd edib ki, Ermənistan sərhədlərin bərpa edilməsi ilə barışa bilmədiyi üçün sərhəddə daim gərginlik yaratmağa meyl göstərir:
"Azərbaycanın delimitasiya və demarkasiya proseslərini həyata keçirməsində heç bir problem yoxdur. Problemi olan Ermənistandır. Rəsmi İrəvan Azərbaycanın sərhədlərini bərpa etməsi ilə barışa bilmir. Ona görə də sərhəddə daim gərginlik yaratmağa meyl göstərir. Azərbaycanın da bütün vasitələrdən istifadə edərək sərhədlərini qorumaq haqqı var. Bugünkü gərginlikdə Azərbaycanın heç bir hüquqi məsuliyyəti yoxdur. Sərhəddə gərginliyin yaranmasında birbaşa günahkar Ermənistandır”.
Aydın Nuri