"Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir" - RƏSMİ

"Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir" - RƏSMİ
SOSİAL
13:14 17.10.2022
566

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

OXŞAR XƏBƏRLƏR