Ermənistanın nəzarəti altında olan Sərsəng su anbarı Azərbaycan üçün ciddi təhlükə yaradır.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu “Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” elmi-praktiki konfransda çıxışı zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkiliRövşən Rzayevbildirib.O qeyd edib, Sərsəng su anbarı işğal edildikdən sonra Ermənistan hökuməti orada heç bir profilaktiki iş aparmayıb:“Çünki Ermənistanın buna sadəcə maddi imkanı yoxdur. Nəticədə bu su anbarı təbii yolla dağıla bilər ki, bu da ətraf rayonların su altında qalmasına gətirib çıxarar. Ermənistan bu problemin həlli üçün Azərbaycanı bu məsələyə cəlb etməklə Sərsəng su anbarının məsuliyyətini Azərbaycanla bölüşmək istəyir, digər tərəfdən danışıqlarda “Dağlıq Qarabağ Respublikasını” bir tərəf kimi təqdim etmək məqsədi güdür”.R.Rzayev problemin həlli kimi hesab edir ki, icmalar arasında dialoq qurulmalı, Sərsəng su anbarının mövcud durumunu öyrənmək üçün Azərbaycan və beynəlxalq və beynəlxaq mütəxəssislərdən ibarət ekspert qrupu yaradılmalıdır.