Ermənistan Silahlı Qüvvələri iyulda atəşkəsi 414 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri iyulda atəşkəsi 414 dəfə pozub
SİYASƏT
12:30 11.08.2014
1553
Ötən ay Azərbaycan Ordusunun 1 hərbçisi döyüşlərdə şəhid olub, 4 hərbçisi yaralanıb. Azərbaycan əsgərləri 5 erməni hərbçini məhv edib, 7-ni yaralayıblar
Cari ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 414 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, ötən ay atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Ordusunun 1 hərbçisi şəhid olub, 4 hərbçisi isə yaralanıb.
Ötən ay ermənilər tərəfindən atəşkəs daha çox Ağdam rayonu istiqamətində pozulub. Qeyd olunan istiqamətdə atəşkəs pozuntularının sayı iyul ayında 115 dəfə olub.
Qarabağ cəbhəsində sonrakı yerlərdə Füzuli rayonu (96 dəfə), Tərtər rayonu (35 dəfə), Xocavənd rayonu (35 dəfə), Cəbrayıl rayonu (29 dəfə), Goranboy rayonu (20 dəfə), Göygöl rayonu (5 dəfə) dayanıb.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Qazax rayonu istiqamətində 36, Tovuz rayonu istiqamətində 36, Ağstafa rayonu istiqamətində 5, Gədəbəy rayonu istiqamətində isə 2 dəfə atəşkəs pozulması qeydə alınıb.
İyul ayının son həftəsindən ermənilərin cəbhədə fəallaşması müşahidə olunub. Baş verən döyüşlərdə Azərbaycan hərbçiləri tərəfindən 5 erməni hərbçi öldürülüb, 7-dək erməni hərbçisi isə yaralanıb.
2014-cü ilin yanvar-iyul aylarında cəbhədə atəşkəs rejimi 2900 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi şəhid olub. İyirmi üç hərbi qulluqçu (9 nəfər mina partlayışı) 
və 5 mülki sakin isə yaralanıb.
Ermənistan Silahlı Qüvvələrinin iyulun 31-dən başlayaraq cəbhə xəttində təxribatlarının sayında artım qeydə alınıb. Nəticədə hər iki tərəfdən ölən və yaralananlar olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO