Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub
SİYASƏT
21:50 13.08.2021
1307
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı, Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

OXŞAR XƏBƏRLƏR