Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
SOSİAL
18:20 24.06.2021
1295
İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

OXŞAR XƏBƏRLƏR