“Ermənistan son xəbərdarlığımızı nəzərə almadı”

“Ermənistan son xəbərdarlığımızı nəzərə almadı”
SİYASƏT
16:53 28.09.2020
1243

Sentyabrın 27-si səhər saatlarından cəbhə xəttində başlayan şiddətli döyüşlər nəticəsində Ordumuz işğal altındakı bəzi kəndləri düşməndən azad edib.

Döyüşlərin davam etdiyi bir vaxtda ordumuzun uğurları, cəbhədən gələn xoş xəbərlər bütün xalqın sevincinə səbəb olub.


Cəbhədəki son durum haqqında Modern.az-a danışan Füzuli rayonunun deputatı Vüqar Bayramov hadisələri hazırda elə cəbhədən müşahidə etdiyini bildirib:


"Dünən səhər saat 6-dan etibarən ermənilər hərbi  təcavüzə başladı. Azərbaycan qüvvələri əks-hücuma keçdi. Təxribata layiqli cavab verildi. Həm gün ərzində, həm də 27-sindən 28-ə keçən gecə atışmalar davam etdi. Bu gün səhər saatlarından etibarən erməni silahlı qüvvələri Füzuli rayon sakinlərini, mülki vətandaşlarımızı atəşə tutub, yaralananlar var. Buna baxmayaraq, əhalidə kifayət qədər yüksək əhval-ruhiyyə hökm sürür. Dünən yeddi kəndimizin azad olunması ilə bağlı xəbər vətəndaşlar arasındakı bağlılığı daha da gücləndirib. Ali Baş Komandanımıza olan inam çox yüksəkdir.  Dünəndən etibarən vətəndaşlar yol ətraflarında birləşərək, ordumuza verdikləri dəstəyi nümayiş etdiriblər. Mən də hadisələri yaxından izləyirəm”.         


Deputat bildirib ki, xüsusi sığınacaqlar artıq istifadəyə hazırdır. Vətəndaşlarımızın təhlükəsizliyi tam olaraq təmin edilir:


"Döyüş vəziyyəti ordumuzun nəzarəti altındadır. Ümid edirik ki, onlardan gələcək yeni xoş xəbərlər tezliklə ictimaiyyətə təqdim olunsun”.


Tərtərin deputatı Sahib Alıyev də seçildiyi rayonda, əhalinin yanında olduğunu bildirib:


"Sentyabrın 27-si səhər saatlarından hücuma keçən ermənilər mülki insanlara da atəş açıblar, yaralılarımız var. Cəbhədəki, xüsusilə Tərtərdəki vəziyyətlə bağlı deyə bilərəm ki, intensiv olaraq səhər saatlarına qədər yaşayış məntəqələri atəşə tutulub. Həm mülki evlərə, həm də digər infrastruktura zərər dəyib. İlk gündən etibarən mülki şəxslərə qarşı təxribatlar, atəş davam edir. Lakin Azərbaycan ordusu onlara layiqli cavabını verir, atəş nöqtələri anında susdurulur”.


Əhalinin ruh yüksəkliyindən danışan deputat Tərtər sakinlərinin bu cür vəziyyət qarşısında hazırlıqlı olduğunu vurğulayıb:


"Rayonumuzda əhali bu vəziyyətə adi bir hal kimi baxır. İnsanlar qorxmur, əksinə, hər kəsin simasında sevinc, inam görürəm. Ali Baş Komandanın çıxışı xalqımızda fərəh hissi doğurub. Bu gün cənab İlham Əliyev Azərbaycanın başındadır və buna dayanaraq deyirəm ki düşmən öz cavabını alacaq, ordumuz torpaqlarımızın hər bir qarışını  bir-bir təmizləyəcək”.


Kəlbəcərin deputatı Aqil Məmmədov isə Murovun düşməndən təmizlənməsini böyük bir sevinclə qarşıladığını, doğma torpaqlara qovuşacağımız günü səbirsizliklə gözlədiyini vurğulayıb:


"27 sentyabr Azərbaycan xalqı üçün bayramdır. Azərbaycan xalqı da, ordusu da bu tarixi neçə illərdir həsrətlə gözləyirdi. 27 sentyabr tarixi bizim üçün əlamətdar, qürurverici və sevindirici gün oldu. Azərbaycan ordusu heç bir dövlətdən yardım almadan  torpaqlarımızı azad etmək gücünə malik olduğunu bir daha sübut etdi. Xalqımız dünəni toy-bayram kimi qeyd etdi. Müharibə vəziyyətində olduğumuza görə, təəssüf ki, şəhidlərimiz də var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Böyük ruh yüksəkliyi ilə bütün torpaqlarımızın işğaldan azad olunması xəbərini görləyirik”.


Deputat vurğulayıb ki, Murov dağı ətrafının xüsusi önəmi var:


"İşğal altında olan torpağımızın hər bir qarışı mənim üçün doğmadır, əzizdir. Lakin Murov yüksəkliyinin, Ağdarə-Kəlbəcər yolunun ələ keçirildiyini eşitdiyim an, həddindən artıq sevindim. Ümumiyyətlə, yaxın günlərdə bütün torpaqlarımızın azad edilməsini hamımız istəyirik. Əlbəttə, bunun qısa müddətdə baş verməsini gözləmək çətin məsələ olsa da, hər gün yeni bir şad xəbər gözləyirəm.  Allah bizə Laçında, Kəlbəcərdə rahat oturduğumuz günləri görməyi nəsib eləsin. Ermənistan hökuməti son xəbərdarlıqlarımızı nəzərə almadı və bu gün artıq Azərbaycan ordusu öz sözünü deyir.  Şanlı ordumuza QƏLƏBƏ diləyirəm!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
12:14 29.06.2025
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
12:08 29.06.2025
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
11:56 29.06.2025
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir