2020-ci il 44 günlük Vətən Müharibəsinin ardından Ermənistanın kaputuliyasiya aktını imzalaması və üçtərəfli (Azərbaycan – Rusiya – Ermənistan) sazişilə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda davam edir.
2023-cü il anti-terror əməliyatlarının ardınca, Ermənistan rəhbərliyinin Azərbaycanın sülh çağrışlarına yanaşması bir qədər dəyişsə də, Nikol Paşinyan iqtidarı Fransanın diqtəsi ilə yenə də bölgədə sülhdən qaçdı.
Ermənistanı sülh sazişini imzalamağa necə məcbur etməliyik?
Bir sıra xarici və yerli analtiklər hesab edirlər ki, rəsmi Bakı İrəvan üzərində təyziqlərin artırılmalı. Həmçinin Azərbaycan beynəlxalq təşkilatları prosesə cəlbinə nail olmalıdır.
Bəzi siyasi təhlilçilər isə hesab edirlər ki, Azərbaycan-Ermənistan arasında birbaşa danışıqların davam etdirməklə bərabər, lazım gələrsə üçüncü tərəflərin vasitəçiliyini də gündəmə gətirə bilər.
Misal üçün: Avropa İttifaqı və ya Türkiyənin proseslərdə iştirakına müəyyən qədər imkanlar yarana bilər.
Qeyd edək ki, hazırda Ermənistanla birbaşa əmkdaşlıq mövcuddur və bu əsasən sərhədlərin müəyyənləşməsi də dəqiqləşdirilməsi istiqamətindədir. Hərbi analtiklər isə, Ermənistanın sülüh müqaviləsinin imzalanmasına məcbur edilməsi istiqamətində atılmalı addımlardan biri kimi, ordunun gücləndirilməsinin, Azərbaycan ordusunun hərbi-texniki potensialının daim inkişaf etdirilməsinin, Ermənistanın təxribatlarının qarşısını almaq üçün güclü müdafiə və hücum imkanları saxlanılmasının vacib olduğunu qeyd edirlər.
image-veteninfo-az-zengezur
Təhlilçilər hesab edirlər ki, sərhəd təhlükəsizliyi çox mühümdür. Azərbaycan Ermənistanın edə biləcəyi bütün təxribatlarının qarşısını almaq üçün sərhədində təhlükəsizlik tədbirlərini gücləndirməli, Ermənistanın mümkün təxribatlarının qarşısını almalıdır.
ABŞ və avropalı siyasilər hesab edir ki, kommunikasiyaların açılması ilə Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur edə bilər. Bu, həm Ermənistan üçün iqtisadi fayda gətirə bilər, həm də regional inteqrasiyanı sürətləndirə bilər. İqtisadçı ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycanın iqtisadi resurslarına ehtiyacı var və Cənubi Qafqazın əsas lideri olan Azərbaycanla iqtisadi əməkdaşlıq Ermənistan üçün hava-su qədər vacibdir.
Qərb iqtisadi təhlilçilərinə görə, Ermənistan Rusiyanın iqtisadi təyziqlərindən qurtulmaq, müstəqil siyasət yürütmək istəyirsə, regional iqtisadi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə ilə gecikmədən addımlar atmalıdır.
Bəs Ermənistan sülh sazişinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü şərtlərə əməl etməyib, özünün avanturist və müharibə ritorikası ilə zəngin siyasətə baş vurmağa cəhd edəcəyi təqdirdə nə kimi addımlar atılmalıdır???
İlk olaraq rəsmi Bakının Ermənistana qarşı sanksiya və hüquqi təyziqlər mexanizimindən də yararlanma imkanlarının mövcud olduğu sirr deyil. Ekspertlər hesab edirlər ki, insan hüquqları və Qarabağdakı reallıqlar fonunda, Azərbaycan humanitar və hüquqi müstəvidə Ermənistanın manipulyasiyalarını onsuz da ifşa etməklə bərabər, eyni zamanda bölgədəki real vəziyyət haqqında beynəlxalq ictimaiyyəti kifayət qədər məlumatlandırıb. Ermənistanın anlaması vacibdir ki, sülh müqaviləsi imzalanmasa, o, həm siyasi, həm də iqtisadi cəhətdən təcrid olunacaq və inkişaf edə bilməyəcək.
Bütün bu addımlar sistemli şəkildə həyata keçirilməlidir ki, Ermənistan məcburən sülh müqaviləsini imzalamağa razılaşsın.