Ermənistan sürətlə silahlandırılır, yeni müharibəyə hazırlıq gedir - Deputat açıqladı

SİYASƏT
12:53 18.10.2024
209
"Çox təəssüflər olsun ki, Ermənistan aktiv şəkildə silahlandırılır və bu ölkənin silahlandırılmasına Fransa, o cümlədən digər havadar dövlətlər dəstək olurlar. Ermənistanın silahlanması əslində sülhə kölgə kimi dəyərləndirilməlidir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın Hindistandan taktiki ballistik raketləri almasına münasibət bildirərkən deyib.
 

 
Millət vəkili qeyd edib ki, dünya ictimaiyyəti Ermənistanı silahlandırmaqdansa, bu ölkəni sülhün baş tutması üçün töhfələr verməyə çağırmalıdır: 
 
"Düşünürəm ki, faktiki sülhdən dəm vuran, onun baş tutmasını istəyən bir dövlətin aktiv şəkildə silahlandırılması bu deyilənlərin təkzibidir. Mediada dərc olunan məlumata əsasən, Ermənistan tərəfi Hindistandan "Pralay" taktiki ballistik raketləri almağı planlaşdırır. Adıçəkilən raketlər hücum məqsədiylə tələb olunan silahlardır ki, bu da istər-istəməz Ermənistanın sülh istəməməsinin və müharibəyə hazırlaşmasına bir misaldır. Bu baxımdan, dünya ictimaiyyətini Ermənistanı silahlandırmağa qarşı tədbirlər görməyə çağırırıq. Çünki faktiki olaraq, Ermənistanın silahlanması sülhün baş tutması üçün əngələ çevrilə bilər. Mən inanıram ki, Ermənistan bir gün reallıqları dərk edəcəkdir. Belə aktiv silahlanmadansa, sülhün əldə olunması üçün töhfələr verməyə başlayacaqdır".
 
Bəs Ermənistanın Hindistandan almaq istədiyi "Pralay" taktiki ballistik raketləri nə işə yarayır?
 
"Pralay" taktiki ballistik raketləri düşmənin raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün manevr edə bilən raket növüdür.
 
Bu adlı raket 150-500 km uçuş məsafəsinə malikdir və mobil buraxılış qurğusundan buraxıla bilər.

Qeyd edilən raketlərin istehsalına 2023-cü ildə başlanılıb. Hazırda Hindistan onları ilk növbədə Çinlə sərhəddə yerləşdirir.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR