"Ermənistan təmsilçilərinin AŞ PA-da çıxış etmək haqqı olmamalıdır" - Qənirə Paşayeva

"Ermənistan təmsilçilərinin AŞ PA-da çıxış etmək haqqı olmamalıdır" - Qənirə Paşayeva
SİYASƏT
10:14 27.06.2018
3500
Millət vəkili Qənirə Paşayeva AŞ PA-da "Azad müzakirələr" zamanı Ermənistan təmsilçilərinə sərt cavab verib.

AZXEBER.COM xəbər verir ki, Q.Paşayeva AŞ, AŞ PA rəhbərlərinə çağırış edib.

Çağırışda deyilir: "Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycan və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addım idi. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan avropalı tərəfdaşları ilə birlikdə, sadəcə, özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verə layihələri həyata keçirir. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma, çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞ PA qətnamələrinə məhəl qoymayaraq işğal etdikləri torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırırdı. Biz Assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırıq ki, Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınılar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal edilən Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər".

Millət vəkili, həmçinin Assambleyanı, təşkilatın rəhbərliyini AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin, Sərsəng su anbarı ilə bağlı qətnamənin, "Çıraqov və başqaları Ermənistana qarşı" adlı Avropa məhkəməsi qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə səslənməyə çağırıb: "Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmirdilər. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bu qanunsuz əməlləri davam etdirməməyə və azərbaycanlı girovları azad etməyə çağırmalı və tələb etməlidir. Eyni zamanda AŞ PA Ermənistanın yeni rəhbərliyini Suriyadan köçən ermənilərin Ermənistana deyil, işğal edilən Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalı və tələb etməlidir. AŞ PA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və AŞ PA-nın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir. Biz Assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq".

Millət vəkili qeyd edib ki, işğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur: "Onlara söyləmək istəyirəm ki, sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO