Ermənistan Türkiyəyə yardım göndərir

MARAQLI
12:27 28.10.2011
1625

Ermənistan zəlzələdən ziyan çəkən Türkiyəyə humanitar yardım göndərəcək. Bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb. Ermənistan "İl-76" təyyarəsi ilə İzmir şəhərinə 40 ton yardım göndərəcək. Bura çadırlar, yataq dəstləri, adyal daxildir. Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqə mövcud deyil. İki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Türkiyə XİN-in məlumatına görə, indiyə kimi ölkəyə 12 dövlətdən yardım gəlib.

OXŞAR XƏBƏRLƏR