2014-cü ilin yekunlarına görə, Ermənistan iqtisadiyyatında 1-3% azalma qeydə alınacaq.AZXEBER.COM-un məlumatına görə, bu barədə Ermənistan mərkəzi bankının keçmiş başçısı Baqrat Asatryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.“Aydın görünür ki, ölkədə iqtisadi durum pisləşir və bu, daha çox Rusiyadakı vəziyyətlə bağlıdır. 2013-cü ildə Rusiya iqtisadiyyatı cəmi 1,5% artıb, bu ilə olan proqnozlar isə daha ümidsizdir, neft məhsullarının qiymətinin azalması gözlənir. Qərbin yeni sanksiyaları da gözlənilir. Təbii ki, bütün bunlar çox sahələrdə Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatına təsir göstərəcək”, - deyə Asatryan vurğulayıb.İqtisadçının sözlərinə görə, keçmiş sovet sakinləri üçün Rusiya vətəndaşlığına keçməyin asanlaşdırılması da Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə bilər. “Biz ili dəhşətli miqrasiya göstəriciləri ilə başa çatdıra bilərik”, - deyə Asatryan vurğulayıb.