“Ermənistan utanc və ikrah doğuran şəkildə unikal monoetnik dövlətə çevrilib” - Tofiq Musayev

SİYASƏT
14:09 06.11.2013
1801

Azərbaycan Respublikasının BMT yanında daimi Nümayəndəsinin müavini Tofiq Musayav BMT Baş Məclisinin üçüncü Komitəsində “İrqçiliyin, irqi ayri-seçkiliyin, ksenofobiya və dözümsüzlüyün aradan qaldırılması” adlı 67-ci gündəlik maddəsinə uyğun olaraq çıxış edib.

AZXEBER.COM XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, çıxış zamanı diplomat, diqqəti xüsusilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə və tarixi, mədəni, irqi və dini əsasda yürütdüyü nifrət siyasətinə, insanlıq əleyhinə cinayət əməllərinə, bu xüsusda, digər mühüm məqamlara çəkib.T.Musayaev əlavə edib ki, öz ərazisindən bütün qeyri-erməniləri, xüsusilə azərbaycanlıları qovaraq Ermənistan utanc və ikrah doğuran şəkildə unikal monoetnik dövlətə çevrilib.Azərbaycan nümayəndəsindən sonra Ermənistan nümayəndəsi çıxış edərək yalan və iftiralara əl atıb.BMT Baş Məclisinin prosedur qaydalarına uyğun olaraq, cavab hüququndan istifadə edən T.Musayav tutarlı dəlillərlə Ermənistanın iddialarının yalan və cəfəngiyat olduğunu ifşa edib.Bir daha çıxış etməyə cəhd edən erməni nümayəndəsinə cavab olaraq söz alan T.Musayev əsaslandırılmış dəlillərlə Ermənistanın təcavüzkar və irqçi siyasətinin mahiyyətini BMT tribunasından istifadə edərək, dünya birliyinin diqqətinə çatdırıb.

OXŞAR XƏBƏRLƏR