İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə "Eagle Partner” hərbi təlimləri keçiriləcək.
AZXEBER.COM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”, - məlumatda qeyd olunub.
Bildirilib ki, təlimlərin əsas məqsədi sülhməramlı missiyaların döyüş hazırlığının gücləndirilməsi, ön xətt əməliyyatlarının taktiki idarəolunması üzrə təcrübə mübadiləsi, habelə ordu birləşmələrinin döyüş hazırlığının yüksəldilməsindən ibarətdir.