Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır
DÜNYA
16:33 23.03.2026
131
Ermənistan və ABŞ TRIPP layihəsi üzrə hökumətlərarası saziş hazırlayır.

"News.am" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.

"Ermənistan–ABŞ arasında TRIPP layihəsi üzrə danışıqlar dayanmadan davam edir və təbii axarında gedir. İlk addım avqust ayında layihənin elan edilməsi oldu. İkinci addım isə 14 yanvarda geniş miqyaslı razılaşmanın əldə edilməsi, çap olunması və icrası prosesidir. Növbəti addım hökumətlərarası sazişin imzalanması olacaq ki, orada hüquqi mexanizmlər nəzərdə tutulacaq. Hazırda sənəd üzərində işlər gedir”, - nazir deyib.

İranın mövqeyinə toxunan nazir bildirib ki, Ermənistan tərəfinin onlara məlumat verdiyini və heç bir narahatlığın olmadığını bu ölkənin rəsmiləri də vurğulayıb.

"Biz yalnız nəqliyyat layihəsindən danışıqlar aparırıq. Bu layihə Ermənistan, Azərbaycan və bütün qonşu ölkələr, o cümlədən İran üçün iqtisadi imkanlar yaradacaq”, – Mirzoyan əlavə edib.

O, həmçinin qeyd edib ki, ABŞ Ermənistan tərəfinin razılığı olmadan TRIPP layihəsində öz hissəsini sata bilməz./ apa
OXŞAR XƏBƏRLƏR