Ermənistan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı oldu

Ermənistan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı oldu
SİYASƏT
15:10 13.09.2022
195
Ermənistan Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefonla danışıb.

Bu barədə Ermənistan hökumət başçısının Mətbuat Xidmətindən bildirilib.

Tərəflər Ermənistanla Azərbaycan ərazisindəki gərginliyi müzakirə ediblər. Qaribaşvili regionda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, bunun üçün səylərini əsirgəməyəcəyini söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR