Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Facebook"da bildirib.
Qeyd edək ki, Ermənistan və Rusiya XİN başçıları MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədirlər.