Ermənistan və Slovakiya Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə edib

Ermənistan və Slovakiya Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə edib
SİYASƏT
17:31 08.09.2025
286
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Slovakiya müdafiə nazirliyinin dövlət katibi İqor Meliher Bakı və İrəvan arasında paraflanmış sülh sazişini müzakirə ediblər.

Danışıqlar A.Qriqoryanın Slovakiyaya işgüzar səfəri çərçivəsində baş tutub.

İ.Meliher Ermənistan Təhlükəsizlik Şurasının katibini sənədin imzalanması münasibətilə təbrik edib və Cənubi Qafqazda sülhün regiona və onun hüdudlarından kənara müsbət təsir göstərəcəyini vurğulayıb. A.Qriqoryan Vaşinqtonda əldə edilmiş razılaşmalar və iqtisadi inkişaf imkanları barədə ətraflı məlumat verib.

Tərəflər Ermənistan və Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib və əməkdaşlıq potensialından istifadə etməyə hazır olduqlarını bildiriblər. İ.Meliher Slovakiyanın Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsinə dəstəyini qeyd edib.
 
\report
OXŞAR XƏBƏRLƏR