AZXEBER.COM News.am-a istinadən xəbər verir ki, son bir neçə ayda müxtəlif məqsədlərlə RF ərazisinə daxil olmaq istəyən Ermənistan vətəndaşlarının ölkəyə girişinə icazə verilmir.
10 yanvar tarixində Rusiya sərhədini keçmək istəyən Aşot Aleksanyanın sözlərinə görə, onu sərhəddən buraxmayıb və aydınlıq üçün səfirliyə müraciət etməsi söyləyiblər.
Səfirlikdən isə bildirilib ki, bu məsələ ilə bağlı heç nə edə bilmərik bir daha bizi narahat etməyin.“Ermənistan sərhədindən rahat keçmək mümkün olsa da, Rusiya sərhədindən bizə keçməyə izn verilmədi. Bir saat ərzində 10 nəfər geri qaytarıldı.
Şəxsiyyət vəsiqəmin göstəriciləri sistemə daxil edildikdən sonra 2016-cı ilə qədər Rusiya ərazisinə daxil ola bilməyəcəyimi bildirdilər. Bəzilərinə bu qadağa 2015-ci ilə qədər qoyuldu. Ən əsası isə bizə bunun səbəbi izah olunmadı” - A.Aleksanyan bildirib.Rusiya ərazisinə daxil olmaq izninin olmadığını Ermənistan vətəndaşları yalnız sərhəddi keçmək istədikləri zaman öyrənirlər. Bəziləri Rusiya hava limanından geri qaytarılır və biletlərə görə heç bir kompensasiya ödənmir.