Ermənistan XİN: "Aİ-nin monitorinq missiyası kifayət qədər səmərəli işləyir”

Ermənistan XİN: "Aİ-nin monitorinq missiyası kifayət qədər səmərəli işləyir”
DÜNYA
20:09 17.11.2022
230
Rəsmi İrəvan Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədində fəaliyyət göstərən monitorinq missiyasının işini kifayət qədər səmərəli sayır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses davam edir: "Nümayəndələr vaxtaşırı Avropa İttifaqı üçün hesabatlar hazırlayırlar”.

P.Hovhannisyanın sözlərinə görə, müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması barədə XİN-də məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR