Ermənistan XİN başçısı: Azərbaycanla saziş regionda sabit sülhün bərqərar olmasına imkan verəcək

SİYASƏT
13:17 13.05.2024
180
Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması da sülhün mühüm tərkib hissəsidir:

"Biz nəinki hazırıq, həm də nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq. Xüsusilə, söhbət Azərbaycanla dəmir yolu əlaqələrindən gedir. Bunun tənzimlənməsi, təbii ki, bərabərlik prinsipinə uyğun olacaq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR