Ermənistan XİN: “Sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlara hazırıq”

Ermənistan XİN: “Sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlara hazırıq”
SİYASƏT
23:38 30.11.2023
469
"Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır”.

Bunu Skopye şəhərində ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır.

"Bu, Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlı tanınması əsasında regionda kommunikasiyaların açılmasıdır. Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini bir daha təsdiqləyir və bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayiş etdirir”, - o əlavə edib.

Ermənistan xarici işlər naziri həmçinin ölkəsinin yaxın həftələrdə Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması qərarını həyata keçirməyə hazır olduğunu təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı