“Ermənistan Zəngəzur dəhlizindən imtina edərsə, bu onlar üçün ölümə bərabər olacaq” - Deputat

“Ermənistan Zəngəzur dəhlizindən imtina edərsə, bu onlar üçün ölümə bərabər olacaq” - Deputat
SİYASƏT
14:23 06.01.2026
421
"Ermənistanın Zəngəzur dəhlizindən imtina edərsə, bu onlar üçün ölümə bərabər olacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Vaşinqtonda Zəngəzur dəhlizinin TRİPP layihəsi adı altında açılmasının təsdiq olunması dövlət başçımızın 5 il əvvəl səsləndirdiyi fikirlərin reallaşması deməkdir:

"8 avqustda Vaşinqtonda  Zəngəzur dəhlizinin TRİPP layihəsi adı altında açılmasının təsdiq olunması dövlət başçımızın 5 il əvvəl səsləndirdiyi fikirlərin reallaşması deməkdir. Dövlət başçımız 5 il əvvəl Zəngəzur dəhlzinin açılmasının vacibliyindən danışaraq bu dəhlizin sülh və əməkdaşlıq gətirəcəyini bildirmişdi. Artıq bu məsələ dünyanın bir nömrəli ofisində və bir nömrəli prezidentin iştirakı ilə təsdiq olundu. Bu dəhlizin açılması məsələsi ABŞ-nin nəzarətində olan dönməz bir prosesdir”. 

Parlamentari qeyd edib ki, Ermənistanın Zəngəzur dəhlizindən imtina etməsi onlar üçün ölümə bərabər olacaq: 

"Ermənistan bu məsələdən imtina edərsə, bu onlar üçün  ölümə bərabər olacaq. Bu baxımdan gələn ilin ikinci yarısından TRİPP layihəsinin icrası ilə bağlı fiziki işlərə başlanılacağı gözləniləndir. Azərbaycan Zəngəzur dəhlizin öz ərazisindən keçən hissəsini tam hazır vəziyyətə gətirir. Türkiyə də İğdır-Dilucu-Qars dəmir yolunun tikintisinə başlamışdır. Bu o deməkdir ki, yaxın bir zamanlarda Azərbaycandan hərəkət edən qatarlar Naxçıvan ərazisindən Türkiyəyə və Avropaya qədər hərəkət edə biləcək”. 

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi dəmir yollarımızın Fars körfəzinə qədər uzanmasına imkan yaradacaq:

"Zəngəzur dəhlizi dəmir yollarımızın Fars körfəzinə qədər uzanamasına imkan yaradacaq. Bu da Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin daha işlək vəziyyətə gəlməsinə imkan verəcək. Zəngəzur dəhlizi iki tərəfli və ya təkcə regional layihə deyil. Bu dəhliz artıq qlobal layihəyə çevrilib. Belə ki,   Çindən Avropaya, Fars körfəzindən Baltikyanı ölkələrə qədər böyük coğrafiyalar arasında bağlantı yaradacaq. Bu layihə regionumuzda sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR