Ermənistana 6 ayda korrupsiya cinayətlərindən 20 mln. dollar ziyan dəyib

DÜNYA
19:35 20.08.2024
141
Son 6 ayda baş verən korrupsiya cinayətlərindən Ermənistana 7,5 milyard dram (təqribən 20 milyon 717 min 556 ABŞ dolları) həcmində ziyan dəyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, 2024-cü il ərzində bu vəsaitin 675,4 milyon dramı (1 milyon 749 min 524 dollar) büdcəyə qaytarılıb.

Eyni zamanda 2024-cü ilin ilk 6 ayında sözü gedən komitə 1003 korrupsiya şikayətinə baxıb.
OXŞAR XƏBƏRLƏR