Ermənistana buğda aparan qatar artıq Bakıdadır - VİDEO

Ermənistana buğda aparan qatar artıq Bakıdadır - VİDEO
SOSİAL
11:30 06.11.2025
115
Azərbaycandan tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, yük qatarı hazırda Bakıda Biləcəri Dəmiryol Stansiyasındadır.

Daha sonra Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
 

OXŞAR XƏBƏRLƏR