"Türkiyə vətəndaşı olduğumu görəndə mənə reaksiyaları birmənalı olmadı. Pasportumda həm də Azərbaycan möhürü var idi. Bunu gördükdən sonra məni sorğu sual etdilər. Mənim Qarabağda olduğumu biləndə, dedilər ora niyə getmisən?"
AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, İrəvanın bir çox yerini gəzdiyini bildirən Ögün Özdemir məscidlərin dağıdıldığını və ermənilərin səfalət içərisində yaşadığını vurğulayıb.
"Azərbaycanlılardan qalma evlərdən yaşayırlar, yeni heçnə tikməyiblər. Özləri də bilirlər ki, bu torpaqlar, evlər azərbaycanlıların olub".
Erməni xəbər saytları videonu paylaşdıqdan sonra onun ünvanına təhdid mesajları gəlməyə başlayıb.
"Mesajlar yazaraq məni təhdid edirlər. Mənimçün bu təhdidlər heçnədir" deyə o bildirib.