Ermənistanda 10 polis narkotik istifadəsinə görə işdən qovulub

Ermənistanda 10 polis narkotik istifadəsinə görə işdən qovulub
DÜNYA
19:27 04.06.2025
707
Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) 10 əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb.

Bu barədə 2024-cü il büdcəsinin icrası haqqında hesabatın təqdim edilməsi zamanı parlament komissiyalarının birgə iclasında Ermənistan DİN rəhbəri Arpine Sarkisyan bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə 17 əməkdaş, 2025-ci ilin ilk aylarında isə daha 10 əməkdaş xidmətdən uzaqlaşdırılıb.

Nazir, həmçinin qeyd edib ki, yaxın vaxtlarda polisin yeni intizam məcəlləsini təqdim edəcək. Sənədə əsasən, əməkdaşlar hər il narkotik testindən keçməli olacaqlar.

Bundan əlavə, şübhələr olduğu təqdirdə rəhbərlər tabeliyində olanları plandankənar testə göndərmək hüququna malik olacaqlar.
 
///report
OXŞAR XƏBƏRLƏR