Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb

Ermənistanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb
DÜNYA
21:25 28.07.2025
211
İrəvanda atışma olub, keçmiş polis polkovnikinin oğlu saxlanılıb.

Bu barədə "Shamshyan.com” saytı məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün Qriboyedov küçəsində baş verib. Portalın yazdığına görə, hər şey qonşular arasında məişət zəminində mübahisə ilə başlayıb, bu vaxt 28 yaşlı Aşot Şahnazaryan tapançadan atəş açıb.

Hadisə zamanı heç kim xəsarət almayıb.

Atəş açan şəxsin qardaşı sonra gilizi zibil qutusuna atsa da, müstəntiqlər onu tapıblar, tapança da aşkar edilib. A.Şahnazaryan Arabkir İstintaq İdarəsinə aparılıb.

Qeyd olunur ki, saxlanılan şəxsin atası Ermənistan Yol Polisində rəhbər vəzifələrdə çalışmış keçmiş polis polkovnikidir. Saxlanılanın babası, onunla eyni ad-soyadı daşıyan Aşot Şahnazaryan isə vaxtilə İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

/report
OXŞAR XƏBƏRLƏR