Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.
O, Moskavdan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.
Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.
///Report