xari

Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi açılıb

DÜNYA
19:32 22.02.2021
285
Ermənistanda "Vətənin xilası uğrunda hərəkat”ın lideri Vazgen Manukyana qarşı mitinqdəki çağırışına görə cinayət işi başlanılıb.

Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan bildirib.

Müşavirin sözlərinə görə, Q.Abramyan hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına və Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış etməkdə ittiham olunur.

Bildirilib ki, fevralın 20-də Yerevanda Azadlıq meydanında keçirilən mitinqdə Manukyan ölkədə hakimiyyətin dəyişdirilməsi üçün baş nazir Nikol Paşinyanın dayaqlarını sındırmağa çağırış edib. O, hakim "Mənim addımım” parlament fraksiyasının strukturlarına və deputatlarına kütləvi təzyiqlər etməyin vacibliyini vurğulayıb. Manukyan deyib ki, "A” planı uğur qazanmazsa, "B” planını işə salıb hakimiyyəti ildırım sürəti ilə ələ keçirmək lazımdır.

Qeyd edək ki, Manukyan hərəkatın baş nazir postuna vahid namizədidir.
 
///Report

OXŞAR XƏBƏRLƏR