Ermənistanda baş qərargah rəisinə daha iki müavin təyin edilib

Ermənistanda baş qərargah rəisinə daha iki müavin təyin edilib
DÜNYA
19:56 14.02.2024
167
Ermənistan ordusunda kadr dəyişiklikləri davam edir.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, Baş Qərargah rəisinin daha iki müavini, eləcə də ayrı-ayrı bölmələrin rəisləri təyin edilib.

Yeni "müavinlər” mühəndis qoşunlarının rəisi vəzifəsini tutan Karen Qriqoryan və Temur Şahnazaryan olub. Sonuncu eyni zamanda Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsinə də təyin edilib.

Digər sərəncamla David Aleksanyan Baş Qərargahın döyüş hazırlığı şöbəsinə rəhbərlik edib. O, əvvəllər hərbi təlim hissələrindən birinə komandirlik edib. Sülhməramlı briqadanın da yeni komandiri var - Hamlet Levonyan. O, bu vəzifədə Hərbi Akademiyaya rəis təyin edilən Arsen Manqasaryanı əvəz edib.

V. Sarkisyan adına Baş Qərargahın Strateji Planlaşdırma İdarəsinə Armen Seyranyan rəhbərlik edirdi.
OXŞAR XƏBƏRLƏR