Ermənistanda COVID-19-dan ölənlərin sayı 5 575-ə yüksəldi

Ermənistanda COVID-19-dan ölənlərin sayı 5 575-ə yüksəldi
DÜNYA
20:07 11.10.2021
325
Ermənistanda son sutkada daha 601 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 272 957-yə yüksəlib.

Bildirilib ki, son sutkada isə 26 nəfər ölüb və COVID-19-dan ölənlərin ümumi sayı 5 575-ə çatıb.

Virusdan 249 158 nəfər sağalıb. Hazırda 16 997 pasiyent müalicə olunur.
OXŞAR XƏBƏRLƏR