Ermənistanda əsgər ölümünün səbəbi məlum oldu

Ermənistanda əsgər ölümünün səbəbi məlum oldu
DÜNYA
09:15 18.03.2022
279
Ermənistanın İstintaq Komitəsi Müdafiə Nazirliyinin bölmələrindən birinin hərbçisinin ölümcül güllə yarası almasının səbəblərini araşdırır. İlkin məlumata görə, o, intihar edib.

Bu barədə AZXEBER.COM "Report"a istinadən xəbər verir.

"İlkin məlumata görə, martın 17-də səhər saat 10:30 radələrində çağırışçı əsgər Eduard Rüstəmyan (2003-cü il təvəllüdlü) ona məxsus avtomatdan döş qəfəsindən ölümcül güllə yarası alıb”, - xəbərdə deyilir.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin "Hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı ilkin araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR