Ermənistanda əsirlikdən azad edilən Aqşinin anası: Bir bilsəniz bu 8 ayda biz nələr çəkdik

Ermənistanda əsirlikdən azad edilən Aqşinin anası: Bir bilsəniz bu 8 ayda biz nələr çəkdik
SİYASƏT
22:04 07.12.2023
783
Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. 

Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. 

Hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin isə Bəbirov Aqşinlə Axundov Hüseyn olduğu heç kimə sirr deyil.

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova AZXEBER.COM-a açıqlama verib.

Dürdanə Bəbirova sevincini bu sözlərlə dilə gətirib:

"Siz bilirsiniz ki, biz analar 8 ay nələr çəkdik. Hazırda sevincimizdən yerə-göyə sığmırıq. Biz hər zaman prezidentimizlə qürur duyduq. Biz 8 ay susduq. Bilirdik ki, prezidentimiz qaytaracaq balalarımızı. O cür prezidentə ürəyimiz də, canımız da qurban".

Qeyd edək ki, hər iki hərbçimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüb. Onlar daha sonra Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərimizə qarşı saxta ittihamlar irəli sürülüb.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR