Ermənistanda etiraz aksiyası: “İrəvanı yandıracağıq”

Ermənistanda etiraz aksiyası: “İrəvanı yandıracağıq”
DÜNYA
18:30 13.03.2014
1037
İrəvanda onlarla vətəndaş Nazirlər Kabineti binası önündə etiraz aksiyası keçirir.
AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, etirazçılar hökumət binalarını yandıracaqlarını bildirirlər. Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən aksiya iştirakçıları Nazirlər Kabineti binasına yaxınlaşmağa cəhd etsələr də, polis əməkdaşları buna mane olublar. 
“Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq”, - deyə aksiya iştirakçılarından biri bildirib. Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək bu vədə əməl olunmayıb. 
OXŞAR XƏBƏRLƏR