“Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir”

“Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir”
SİYASƏT
15:30 09.05.2020
1092
"Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir”.

AZXEBER.COM xəbər verir ki, bu sözkəri Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinclə qeyd etdiyi bir gündə, Ermənistanda faşist cəlladının abidəsi önünə əklil qoyulması, bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini bariz şəkildə göstərir:

"Təəssüf hissi ilə qeyd etməliyik ki, sülhsevər bəşəriyyətin 75 il əvvəl üzərində qətiyyətli qələbə çaldığı faşizm ideologiyası bu gün Ermənistanda siyasi ideala çevrilərək təbliğ olunur və yaşadılır. Faşist canilərinin qəhrəmanlaşdırılması bu ölkədə siyasi ənənəyə çevrilməkdədir. Bu isə əslində, Ermənistandakı siyasi rejimin təhlükəli faşizm ideologiyasına əsaslanmasının əyani sübutudur.

"Njde” ləqəbi ilə tanınan məşhur faşist cəlladı Qaregin Ter-Arutunyana 6 metr hündürlüyündə abidənin ucaldılması və qatilin xatirəsinin əbədiləşdirilməsi göstərir ki, Ermənistanda faşist və millətçi ideoloji kursu dövlət siyasəti səviyyəsində müdafiə olunur.

Vətənə xəyanət, həmçinin kütləvi qətllər törətməkdə şübhəli bilinən və buna görə SSRİ məhkəməsi tərəfindən mühakimə edilərək 25 il müddətinə həbs olunan qatil Njdenin hazırkı rejim tərəfindən erməni xalqının "qəhrəman oğlu” kimi təqdim olunması Böyük Vətən Müharibəsində qazanılmış tarixi qələbənin ermənisayağı intepretasiyasıdır.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi faktını MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi sökülüb. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən xüsusilə pislənilib”.

S.Mikayılova əlavə edib ki, faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir:

"Dünyada sülhün və sabitliyin qorunması naminə faşizm və millətçilik meyillərinin baş qaldırmasının yolverilməz olması ilə bağlı Prezident İlham Əliyevin çağırışları dünya birliyində birmənalı təqdir olunur və dəstəklənir. Yeni təhlükəli vandal hərəkatının yaradılması meyilləri dünya birliyi tərəfindən birmənalı və qətiyyətlə pislənməlidir, bunun qarşısının alınması üçün dünya liderləri tərəfindən sərt mövqe ortaya qoyulmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb