Ermənistan hakimiyyətinə qarşı tənqidi çıxışları ilə tanınan satirik, publisist və dramaturq Vaqram Saakyana qarşı cinayət işi açılıb.
AZXEBER.COM "Report”-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi sədrinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (nifrət, ayrı-seçkilik və dözümsüzlüyün təbliği) ilə açılıb.
İstintaq Komitəsi Saakyanın məhz hansı ifadələrinin cinayət işinin açılmasına əsas verdiyini açıqlamır.