Ermənistanda hərbçilər arasında mübahisə düşdü, 1 hərbçi həlak oldu

Ermənistanda hərbçilər arasında mübahisə düşdü, 1 hərbçi həlak oldu
DÜNYA
16:36 15.11.2022
162
Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən güllələnərək öldürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Belə ki, hadisə bu gün hərbi hissələrdən birində qeydə alınıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR