Ermənistanda hərbi “KamAZ” aşıb: Ölən və yaralananlar var

Ermənistanda hərbi “KamAZ” aşıb: Ölən və yaralananlar var
DÜNYA
16:15 16.11.2022
178
Ermənistan Müdafiə Nazirliyinin "KamAZ” markalı hərbi yük maşını aşıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü hərbçi Qriqor Arturoviç Qriqoryan ölüb. Yeddi hərbçi isə yaralanıb. Yaralılar qarnizon hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR