Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində hərbi qulluqçu ölüb.
AZXEBER.COM bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Hərbi qulluqçular arasında mübahisə düşüb. Münaqişə zamanı çağırışçılardan biri özünə təhkim olunmuş silahdan xidmət yoldaşına atəş açıb. Açılan atəş nəticəsində hərbi qulluqçu ölüb.
Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.
Xatırladaq ki, 2026-cı ilin əvvəlindən bəri Ermənistan Silahlı Qüvvələrində 10-dan çox hərbi qulluqçunun ölüm faktı qeydə alınıb ki, onların da beşi müddətli həqiqi hərbi xidmətdə olanlar olub.











































